Yol Polisi sürücülərə XƏBARDARLIQ ETDİ

Yol Polisi sürücülərə XƏBARDARLIQ ETDİ
Sosial 67

Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə məcburi dayanma zamanı təhlükəsizlik qaydalarına ciddi əməl etmələri ilə bağlı müraciət edib.

Qurumdan BAKU.WS-ə verilən məlumata görə, ağır yol-nəqliyyat hadisələrinin bir qismi sürücülərin məcburi dayanma zamanı lazımi təhlükəsizlik tədbirlərini görməməsi səbəbindən baş verir.

Bildirilib ki, belə hallarda sürücülər mütləq şəkildə qəza dayanma nişanı yerləşdirməli, qəza işıq siqnallarını aktiv etməli və ya yanıb-sönən qırmızı işıq fənərindən istifadə etməlidirlər.

Eyni zamanda qeyd olunub ki, yol-nəqliyyat hadisəsi zamanı digər nəqliyyat vasitələrinin hərəkətinə maneə yaranarsa, hadisənin sənədləşdirilməsinə imkan verən qeydlər aparıldıqdan sonra yolun hərəkət hissəsi boşaldılmalıdır.

Yol Polisi xatırladıb ki, qəza dayanma nişanı nəqliyyat vasitəsinin arxa hissəsindən ən azı 30 metr məsafədə yerləşdirilməlidir. Nişan elə qoyulmalıdır ki, yaxınlaşan sürücülər onu uzaqdan görə bilsinlər.

Qeyd olunub ki, yaşayış məntəqələrində hərəkət intensiv olduqda qəza nişanı daha yaxın məsafədə və ya birbaşa avtomobilin üzərində yerləşdirilə bilər. Bunun üçün portativ qırmızı işıq fənərindən istifadəyə də icazə verilir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər