Yerdə bu tarixdə maqnit qasırğası gözlənilir

Yerdə bu tarixdə maqnit qasırğası gözlənilir
Sosial 45

Günəşdə baş verən güclü partlayış nəticəsində yaranan plazma buludu çərşənbə axşamı axşam saatlarında Yerə çatacaq. Bu isə maqnit qasırğasına səbəb olacaq.

BAKU.WS xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutu və Günəş-Yer Fizikası İnstitutu məlumat yayıb.

Bildirilib ki, son iki ayda ilk dəfə Günəşdə ən yüksək səviyyəli, X1.5 sinifli alışma qeydə alınıb. Alimlərin sözlərinə görə, plazma buludu Yerə birbaşa deyil, kənar hissəsi ilə təsir edəcək.

Nəticədə orta güclü maqnit qasırğaları gözlənilir. Lakin təsirin gücü dəyişə bilər. Bəzi hallarda zəif keçə, bəzi hallarda isə G4 səviyyəsinə qədər yüksələ bilər.

Mütəxəssislər bildirir ki, axşam saatlarında təsirin başlaması güclü qütb parıltılarının müşahidə olunması ehtimalını artırır.

Son xəbərlər