Xaricdə təhsil almaq istəyənlərə EKSPERTDƏN VACİB AÇIQLAMA
Hər il yüzlərlə azərbaycanlı gənc xaricdə ali təhsil almaq üçün müraciət edir. Lakin təhsil mütəxəssisləri bildirirlər ki, xaricdə universitet seçmək qədər ixtisas seçimi də olduqca məsuliyyətli və gələcək üçün həlledici qərardır.
Mövzu ilə bağlı təhsil eksperti Rizvan Fikrətoğlu BAKU.WS-ə bildirib ki, xaricdə ixtisas seçərkən təkcə şəxsi maraqlar deyil, həm də yerli əmək bazarının tələbləri, ölkə reallıqları və beynəlxalq perspektivlər nəzərə alınmalıdır:
"Eyni ixtisas müxtəlif ölkələrdə fərqli şəkildə qiymətləndirilə bilər. Ona görə də tələbə ixtisas seçərkən yalnız diplom almağı deyil, o diplomun gələcəkdə hansı ölkədə hansı imkanlar yaratdığını da düşünməlidir."
Ekspert həmçinin əlavə edib ki, təqaüd imkanları və viza şərtləri də seçim zamanı diqqətə alınmalı vacib faktorlardandır. Ən önəmlisi isə seçilən ixtisasın həmin ölkədə əmək bazarında nə qədər tələb gördüyü və aktuallığıdır.
Rizvan Fikrətoğlunun fikrincə, bu detallara diqqət etməyən tələbələr bəzən illərlə oxuduqları sahədə iş tapa bilmir və bu da vaxt və maddi itkiyə səbəb olur.
Şahanə Xankişiyeva
Oxşar xəbərlər
Bərgüşadçay su anbarı ilə bağlı 130 milyon manatlıq LAYİHƏ
Bərgüşadçay su anbarının tikintisinin ikinci mərhələsi çərçivəsində yeni iri layihə icra olunacaq. BAKU.WS-in əldə etdiyi məlumata görə, layihəni Tikilməkdə Ol...