Ucqar dağ kəndinin doqquz məzunundan səkkizi tələbə adını qazanıb - FOTO

Ucqar dağ kəndinin doqquz məzunundan səkkizi tələbə adını qazanıb - FOTO
Sosial 44

Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun ucqar dağ kənd olan Kükü kənd tam orta məktəbinin məzunları ali məktəblərə qəbulda yüksək nəticə göstəriblər.

BAKU.WS xəbər verir ki, bu barədə report-un yerli bürosuna Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin əməkdaşı Novruz Məmmədov bildirib.

O, qeyd edib ki, bu il 100 yaşı yamam olan rayonun Kükü kənd Alahqulu Quliyev adına tam orta məktəbinin 2023-2024-cü tədris ilində bitirən 9 məzundan 8-i respublikanın müxtəlif universitetlərinə qəbul olub.

Qəbul olan məzunlardan 4-ü 500-700 intervalında bal toplayıb. Məzunlardan Turqay Məmmədov gümüş nişana, 2 şagird isə fərqlənmə attestatına layiq görülüb.

Son xəbərlər