"Uçan taksi"nin sürücüsü hadisə anını DANIŞDI
Aprelin 10-da Nizami rayonu, Heydər Əliyev prospekti ilə Ələsgər Qayıbov küçəsinin kəsişməsində ağır qəza törədən taksi sürücüsü Anar Nəcəfov hadisənin təfərrüatını Baku TV-yə danışıb.
O, başqasının adı ilə taksi xidmətindən istifadə etməsinə də aydınlıq gətirib.
"Qadın maşına oturandan sonra heç nədən xəbərim olmadı. Dilim qatlandı, yoxsa mən dəliyəm, gedim, o qədər sürətlə hasara girim?! 8-9 ildir ki, məndə qıcolma olmamışdı. O vaxtdan birinci dəfədir ki, maşında baş verdi. Avtomobil taksi şirkətinə aiddir. Hesabım yox idi, dedilər ki, səni başqasının adı ilə qeydiyyata alacağıq", - deyə o bildirib.
Qeyd edək ki, bir neçə gün əvvəl Bakıda "Bolt" taksi şirkətinə məxsus BYD avtomobilinin sürücüsü idarəetməni itirərək arakəsməni yararaq, Heydər Əliyev prospekti ilə hərəkətdə olan "Ford"a dəyib, uçaraq yolun o biri tərəfinə düşüb.
Ətraflı süjetdə:
Oxşar xəbərlər
Evi yararsız vəziyyətə düşən ailəyə çadır qurdular
Kürdəmir rayonunun Sığırlı kənd sakini Rza Qardaşxan oğlu Ağamalıyevə məxsus evin yaşayış üçün yararsız vəziyyətə düşüb. BAKU.WS xəbər verir ki, bu barədə Fövqə...