Üç ölkənin bəzi ərazilərindən quşçuluq məhsullarının Azərbaycana idxalına qadağa qoyulub

Üç ölkənin bəzi ərazilərindən quşçuluq məhsullarının Azərbaycana idxalına qadağa qoyulub
Foto
Sosial 84

Macarıstanın Zala bölgəsində xırdabuynuzlu heyvanların taun, Polşanın Varminsko-Mazursk inzibati ərazisində blutanq, Liviyanın Zəviyə dairəsində dabaq, Nigeriyanın Plato ştatında isə yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb.

BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.

Bildirilib ki, respublika ərazisinin qeyd olunan yoluxucu xəstəliklərdən qorunması üçün zonalaşma prinsipi nəzərə alınmaqla, Zala bölgəsindən, Varminsko-Mazursk inzibati ərazisindən, Zəviyə dairəsindən iri və xırdabuynuzlu heyvanların, habelə onlara aid məhsulların, Plato ştatından isə quş və quşçuluq məhsullarının idxalı və tranzit daşınması ilə bağlı ÜHST-nin "Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi"nə uyğun olaraq müvəqqəti məhdudiyyət tətbiq olunub.

Eyni zamanda müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət olunub.

Üç ölkənin bəzi ərazilərindən quşçuluq məhsullarının Azərbaycana idxalına qadağa qoyulub

Oxşar xəbərlər

Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə qaz olmayacaq

Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə qaz olmayacaq

Dekabrın 16-da Xaçmazın 27 kəndində qaz təchizatında fasilə yaranacaq. BAKU.WS xəbər verir ki, bu barədə "Azəriqaz" İstehsalat Birliyinin Xaçmaz Regional Qaz İs...

143 Sosial 23:23 15 dekabr 2025

Son xəbərlər