Tələbələrə şad xəbər!
26
okt
2018
20:12
Gələn il Azərbaycanda tələbələrin təqaüdləri artırılacaq.BAKU.WS “Report”a istinadən xəbər verir ki, bu, ölkənin 2019-cu il üzrə dövlət büdcəsi zərfində əksini tapıb.Sənəddə qeyd olunub ki, 2019-cu ildə ali, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələri və şagirdlərinin, Azərbaycan Milli Elmlər Akademiyasının magistrantlarının və doktorantlarının təqaüdü, ali məktəb tələbələri üçün Prezident təqaüdü, Prezidentin fərdi təqaüdü və fəxri adlara görə təqaüdün məbləği artırılacaq. Gələn il tələbə təqaüdlərinin ödənilməsinə, ümumilikdə, 189,5 milyon manat vəsait ayrılacaq. Eyni zamanda dövlət büdcəsində Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxs üçün 8 milyon manat vəsait ayrılması nəzərdə tutulub. Qeyd edək ki, gələn ilin dövlət büdcəsindən təhsil xərclərinə 2274,6 milyon manat vəsait ayrılıb ki, bu da 2018-ci ilə nisbətən 230,6 milyon manat çoxdur. BAKU.WS
Oxşar xəbərlər
34 rayon və şəhər özləri özlərini dolandıracaq
2019-cu ildə Azərbaycanın 34 rayon və şəhəri xərclərini öz gəlirləri hesabına təmin edəcək.BAKU.WS Trend-ə istinadən xəbər verir ki, bu barədə Azərbaycan Respub...