Təyyarələr üçün təhlükəli quşların toplandığı obyektlər quranlar 10 min manatadək cərimələnəcək
Hava gəmilərinin uçuşları üçün təhlükəli quşların kütləvi toplanmasına kömək edən obyektlər quranlar 10 min manatadək cərimələnəcək.
BAKU.WS xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, müvafiq icazə olmadan pirotexnik məmulat yandırılmasına, yaxud hava gəmilərinin uçuşları üçün təhlükəli quşların kütləvi toplanmasına kömək edən obyektlər qurulmasına görə fiziki şəxslər üç min manat məbləğində, vəzifəli şəxslər beş min manat məbləğində, hüquqi şəxslər on min manat məbləğində cərimə ediləcək.
Hazırda bu əmələ görə əlli manat məbləğində cərimə tətbiq olunur.
Qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.
Oxşar xəbərlər
Hansı bürclərin daha acgöz olduğu açıqlanıb
Astrologiyada bəzi bürclər daha çox pul, dəbdəbə, diqqət və sahib olduqlarını artırmaq istəyi ilə əlaqələndirilir. BAKU.WS xəbər verir ki, astroloji şərhlərə gö...