Texnoloji ixtisaslara maraq artır, ənənəvi sahələrə tələb azalır – Ekspertdən açıqlama

Son illərdə abituriyentlərin ixtisas seçimində ciddi dəyişikliklər müşahidə olunur. Gənclər daha çox perspektivli və texnoloji ixtisaslara üstünlük verir, bu isə bir sıra ənənəvi sahələrə marağın azalmasına səbəb olur.
Mövzu ilə bağlı təhsil eksperti Rizvan Fikrətoğlu BAKU.WS-ə bildirib ki, IT, proqramlaşdırma və kibertəhlükəsizlik kimi sahələr son illərdə ən çox seçilən istiqamətlərə çevrilib:
"2018-2024-cü illər ərzində texnologiya sahəsində iş elanlarının sayı 50%-dən çox artıb. Lakin təəssüf ki, bu tələbi qarşılayacaq qədər məzun yoxdur. Bu səbəbdən bir çox şirkətlər ixtisaslı kadr çatışmazlığı səbəbilə xaricdən mütəxəssis dəvət etmək məcburiyyətində qalırlar."
Ekspertin sözlərinə görə, hüquq, iqtisadiyyat, beynəlxalq münasibətlər və pedaqoji ixtisaslar kimi sahələrə maraq azalıb. Bu isə qəbul ballarının da ilbəil enməsi ilə müşayiət olunur.
Digər tərəfdən, abituriyentlərin daha çox seçdiyi ixtisaslar arasında maliyyə, riyaziyyat müəllimliyi və elektronika mühəndisliyi ön plana çıxır. Rizvan Fikrətoğlu hesab edir ki, bu tendensiya həm əmək bazarındakı tələblərlə, həm də texnoloji dövrün çağırışları ilə bağlıdır.
Şahanə Xankişiyeva
Oxşar xəbərlər
"Koroğlu" liderliyə yüksəldi – Bakı metrosu 6 ayda 111 milyon sərnişin daşıdı
"Bakı Metropoliteni" QSC 2025-ci ilin ilk altı ayında 111 milyondan çox sərnişinə xidmət göstərib. BAKU.WS xəbər verir ki, bu barədə QSC məlumat yayıb. Bildiri...