Terrorla əlaqədar əlilliyə görə müavinət təyin ediləcək - FƏRMAN

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin "Sosial müavinətlərin məbləğinin artırılması haqqında" 2013-cü il 29 avqust tarixli 973 nömrəli fərmanda dəyişiklik edilməsi barədə Fərman imzalayıb.
BAKU.WS President.az-a istinadən xəbər verir ki, "Sosial müavinətlərin məbləğinin artırılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 29 avqust tarixli 973 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 8, maddə 916 (Cild I) 1.1.2-ci, 1.1.3-cü və 1.1.4-cü yarımbəndlərinin birinci abzasları aşağıdakı redaksiyada verilir:
"1.1.2. əlillik ümumi xəstəliklə, hərbi xidmət dövrü ilə, istehsalat zədəsi ilə, peşə xəstəliyi ilə, hərbi əməliyyatlar keçirilən zonada olmaqla, Çernobıl AES-də qəzanın ləğvi ilə, terror hadisəsi ilə əlaqədar səbəblərdən baş verdikdə əlilliyə görə müavinət:";
"1.1.3. əlillik Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə, 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar səbəblərdən baş verdikdə:";
"1.1.4. əlillik Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə və ya hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar səbəblərdən baş verdikdə:".
Beləliklə, terror hadisəsi ilə əlaqədar səbəblərdən əlillik baş verdikdə əlilliyə görə müavinət təyin ediləcək.
Müavinətin məbləği aşağıdakı kimidir:
- orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə - 270 (iki yüz yetmiş) manat;
- orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə - 220 (iki yüz iyirmi) manat;
- orqanizmin funksiyalarının 31-60 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə - 150 (yüz əlli) manat.
Oxşar xəbərlər
Ən şanslı gündə doğulan bürclər açıqlandı
Astroloqlar bürclərin doğulduğu günlərin həyatdakı uğurlarına necə təsir etdiyini araşdırıblar. Onların fikrincə, bəzi bürclər daha "şanslı gündə" dünyaya gəldi...
