Telegram-dan istifadə edənləri SEVİNDİRƏCƏK XƏBƏR

Telegram-dan istifadə edənləri SEVİNDİRƏCƏK XƏBƏR
Sosial 148

Android və iPhone üçün Telegram-ın video imkanlarını təkmilləşdirən yeni funksiya təqdim edilib

BAKU.WS xəbər verir ki, Teleqram tərtibatçıları messenceri istifadəçilər üçün yeniləyiblər.

Yeni funksiya videolarla işləmək keyfiyyətini artırmağa yönəlib. Bu barədə şirkətin bloqunda məlumat verilib.

Daha funksional videopleyer

Artıq daxili videopleyer daha funksional olub. O, avtomatik olaraq baxışın harada dayandırıldığını yadda saxlayır və növbəti dəfə həmin yerdən davam etdirir.

Videolara xüsusi anlara keçid üçün link əlavə etmək

İstifadəçilər artıq Telegram-dan kənarda videonun müəyyən bir anına keçid verə bilərlər. Bunun üçün pleyerdə "Paylaş" düyməsini sıxıb açılan pəncərədə müvafiq seçimi aktiv etmək lazımdır.

Videolar üçün fərdi üzlük seçimi

İstənilən video kadrı videonun üzlüyü kimi təyin etmək mümkündür. Redaktorda mətn, stikerlər və digər elementlər əlavə edərək görünüşü yaxşılaşdırmaq olar.

Digər yeniliklər:

İntellektual stiker axtarışı – istifadəçilər açar sözlər yazaraq uyğun stikerləri tapa bilərlər.

Bənzər botların siyahısı – bot profillərində oxşar botların siyahısı göstərilir.

Kanallardan ödənişli "ulduz" reaksiyaları – artıq kanallar adından ödənişli reaksiya buraxmaq mümkündür.

Yeni "Telegram" versiyası artıq Android və iOS istifadəçiləri üçün əlçatandır.

Son xəbərlər