Taksi sürücüləri və sərnişinlər arasında "imtiyaz savaşı": Problem nə vaxt həll olunacaq?
Sürücü sifarişi sərnişinin ləğv etməsini istəyir, sərnişin isə sürücünün. Kartla taksi sifariş edən əksər sərnişinlər bu vəziyyətlə qarşılaşdıqlarını bildirirlər.
BAKU.WS "Xəzər TV"yə istinadən xəbər verir ki, sərnişinlərin sözlərinə görə, nağdsız ödəmə üsulu ilə sifariş verdikdə sürücülərin etirazı ilə qarşılaşırlar. Adətən sürücü sərnişindən sifarişi ləğv etməsini tələb edir.
Sürücülər isə bildirirlər ki, sifarişdən imtina etmələri onların proqramda bloklanmasına səbəb olur. İmtina halları çox olduqda, proqramın onlara ötürdüyü sifarişlərin sayı da azalır.
Məsələ ilə bağlı taksi şirkətləri ilə əlaqə saxlanılıb. Bildirilib ki, sürücüdən xal tutulması xidmətdən imtina hallarının qarşısını almaq üçündür.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
Oxşar xəbərlər
Sabah 25 dərəcə isti olacaq
Oktyabrın 19-da gözlənilən hava şəraiti açıqlanıb. BAKU.WS xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, Bakıda və Ab...