Sürücülərin NƏZƏRİNƏ! - Babək prospektində məhdudiyyət qoyulub
31
yan
2025
08:12
Bakı şəhəri, Nizami rayonu, Babək prospektində yolda təmir işləri aparıldığından yol ötürücüsünün üzərindən mərkəz istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət qoyulub.
Bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) bildirilib.
"Nizami rayonu, Babək prospektində ("Baku Medical Plaza"nın yaxınlığında) aidiyyəti dövlət qurumu tərəfindən yolda təmir işləri aparılır. Bu səbəbdən yol ötürücüsünün üzərindən mərkəz istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət qoyulub", - məlumatda qeyd olunub.
Oxşar xəbərlər
Gədəbəyin yeni icra başçısı kollektivə təqdim olunub
Gədəbəy Rayon İcra Hakimiyyətinin yeni başçısı Hacıbaba Babayev sentyabrın 29-da kollektivə təqdim olunub. BAKU.WS xəbər verir ki, mərasim Azərbaycan Prezidenti...