Süni intellekt şəxsi məlumatları necə toplayır və istifadə edir? - EKSPERT AÇIQLADI

Süni intellekt (SI) texnologiyalarının geniş yayılması ilə bağlı ən çox müzakirə olunan mövzulardan biri şəxsi məlumatların toplanması və istifadəsidir. İnsanların məxfiliyinin qorunması, razılıq prinsipləri və avtomatlaşdırılmış qərarların şəffaflığı məsələləri aktualdır. Bəs bu sahədə Azərbaycanda mövcud hüquqi baza və tənzimləmə vəziyyəti necədir?
Mövzu ilə bağlı İT mütəxəssisi Elvin Abbasov BAKU.WS-ə açıqlama verib.
"Süni intellekt sistemləri əsasən böyük verilənlər bazasına əsaslanaraq öyrənmə və qərarvermə mexanizmini qurur. Bu məlumatların içərisində bəzən fərdi və həssas məlumatlar da olur. Hazırda Azərbaycanda "Şəxsi məlumatlar haqqında" qanun qüvvədədir və bu sahədə hüquqi baza mövcuddur.
Lakin süni intellektin dinamik inkişafı fonunda bu qanunvericiliyin təkmilləşdirilməsi, o cümlədən avtomatlaşdırılmış qərarların şəffaflığı və istifadəçinin razılığı kimi məsələlərin dəqiq tənzimlənməsi vacibdir".
Şahanə Xankişiyeva
Oxşar xəbərlər
Yeni sürücülərin DİQQƏTİNƏ! Hansı maşın düzgün seçimdir?
Sürücülər arasında belə bir fikir formalaşıb ki, avtomobilin qısa məsafələrdə tez-tez işə salınıb dayandırılması mühərrikə zərər vurur. Lakin nəqliyyat məsələlə...