SON DƏQİQƏ! - Metroda hərəkət bərpa edildi
Bakı metrosunda hərəkət bərpa edilib.
BAKU.WS-in məlumatına görə, hazırda proses davam edir.
Xatırladaq ki, bu gün saat 12:10 radələrində "Ulduz–Nərimanov" mənzilində təmas relsinə yüksək gərginliyin verilməsində nasazlıq yaranıb.
Təhlükəsizlik məqsədilə "Ulduz" və "Nərimanov" stansiyalarında sərnişinlərin təxliyəsi həyata keçirilir. Bu səbəbdən qatarların "Nərimanov–Əhmədli" istiqamətində hərəkəti məhdudlaşdırılıb. Metroya giriş isə tam bağlanıb.
AYNA-dan BAKU.WS-in sorğusuna cavab olaraq bildirilib ki, metro xətləri üzrə olan bütün şəhərdaxili marşrutlara əlavə avtobusların cəlb olunması həyata keçirilir. Daşıyıcılara xətlərə əlavə və ehtiyat nəqliyyat vasitələrinin buraxılması ilə bağlı tapşırıq verilib. Prosesə nəzarət olunur.
Oxşar xəbərlər
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Oktyabrın 19-da Azərbaycanın magistral avtomobil yollarında gözlənilən hava şəraiti açıqlanıb. BAKU.WS xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmət...