SOCAR-ın iştirakı ilə yeni şirkət yaradılıb
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) iştirakı ilə "Balaxanı-Sabunçu-Ramana və Kürdəxanı yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında Saziş"in tələblərinə uyğun olaraq yeni şirkət - "SOCAR Balakhani" MMC yaradıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, yeni kommersiya qurumu bu il iyunun 19-da SOCAR-la eyni hüquqi ünvanda Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospekti, 121-də dövlət qeydiyyatına alınıb.
Onun nizamnamə kapitalı 1 000 manat, qanuni təmsilçisi isə Bağırov Natiq Orucqulu oğludur.
Cəmiyyətin yaradılmasında əsas məqsəd Sazişin tələbləri çərçivəsində podratçı qismində çıxış edəcək SOCAR-ın ortaq neft şirkətinin Saziş üzrə müəyyən edilmiş İştirak Payı həddində hüquq və öhdəliklərinin icrasını təmin etməkdir. Şirkət Balaxanı-Sabunçu-Ramana və Kürdəxanı yataqlarının daxil olduğu blok üzrə Saziş çərçivəsində SOCAR-ın ortaq neft şirkəti kimi fəaliyyət göstərəcək və müəyyən edilmiş iştirak payı çərçivəsində müvafiq hüquq və öhdəlikləri həyata keçirəcək.
Oxşar xəbərlər
SOCAR-ın istehsalat sahələrində təhlükəsizlik tədbirləri gücləndirilib
Gözlənilən qeyri-sabit və küləkli hava şəraiti ilə əlaqədar Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azneft" İstehsalat Birliyinin istehsalat sahələrində təhl...