Azərbaycanda yüksək vəzifəli məmur koronavirusa yoluxdu - YENİLƏNİB + VİDEO

Azərbaycanda yüksək vəzifəli məmur koronavirusa yoluxdu - YENİLƏNİB + VİDEO
Video
Sosial 1008

***13:57 Şamaxı Rayon İcra Hakimiyyəti başçısının müavini Elxan İbrahimov yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub.

BAKU.WS APA-nın yerli bürosuna istinadən xəbər verir ki, Elxan İbrahimov xəstəxanaya yerləşdirilib.

Onun ailə üzvlərindən yaxma nümunəsi götürülüb.

Şamaxı Rayon İcra Hakimiyyəti əməkdaşları COVID-19 infeksiyasının qarşısının alınması tədbirləri çərçivəsində profilaktik qaydada testdən keçirilib.

BAKU.WS trend-ə istinadən xəbər verir ki, testin nəticəsinə əsasən, analiz 1 nəfərdə müsbət çıxıb və virus aşkarlanan şəxs xüsusi rejimli xəstəxanaya yerləşdirilib.

Xəstə ilə yaxın təmasda olan şəxslər, o cümlədən Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Nadir oğlu Məmmədov və İcra Hakimiyyətinin əməkdaşları hazırda izolyasiya qaydalarına uyğun olaraq karantindədir.

Son xəbərlər