Şərik ola biləcək BÜRCLƏR AÇIQLANDI
Bəzən istər biznes, istərsə də şəxsi münasibətlərdə iki insan bir-birini tamamlayır və birgə mühüm qərarlar verə bilirlər. Bu sahədə də bürclərin uyğunluğu var. Elə bürcdən olan insanlar var ki, onların şərik olması məqsədəuyğundur.
BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, ən yaxşı şərik ola biləcək bürcləri təqdim edir:
Qoç - Şir
Hər ikisi enerjili, lider ruhludur. Onlarda birlikdə motivasiya yüksəlir, risk almağa və yeni ideyalara açıqdırlar. Daha çox startaplar, yaradıcı layihələrlə bağlı ortaqlıq ola bilər.
Buğa - Oğlaq
Bunlar bir-birinə uyğun torpaq ünsürlü bürclərdir. Praktik, səbirli və planlıdırlar. Daha çox maliyyə, daşınmaz əmlak, kənd təsərrüfatı.sahələrində şərik ola bilərlər.
Əkizlər - Tərəzi
Bunların uyğunluğu hava ünsürlü olmasıdır. Əla ünsiyyət bacarığına malikdirlər, yenilikçidirlər. Daha çox media, texnologiya, marketinq sahəsində ortaqlıq mövcud ola bilər.
Xərçəng - Balıq
Emosional zəkaları yüksəkdir. Bir-birlərini yaxşı anlayırlar, hisslərə və intuisiya əsaslanırlar.
Daha çox psixologiya, uşaq və ailə ilə bağlı işlərdə biznes qura bilərlər.
Şir - Qoç
Şir liderliyi sevir, Qoç motivasiya verir. Birlikdə uğurlu və cazibədar komanda yarada bilirlər. Əyləncə, ictimaiyyətlə əlaqələr sahəsində uğurlu şəriklik mövcud ola bilər.
Qız - Buğa
Dəqiqliyə, təfərrüata önəm verirlər. Əla plan qurur, riskləri analiz edirlər.
Tibb, hüquq, idarəetmə, təhlil sahələrində uğurlu ortaqlıq qura bilərlər.
Əqrəb - Xərçəng
Güclü intuisiya və emosional bağlılıqla bir-birinə dəstək verirlər. Dərin və məqsədyönlü olurlar. Tədqiqat, psixologiya sahələrində, eyni zamanda strateji planlaşdırmada ortaq ola bilərlər.
Oxşar xəbərlər
Payızda bu bürclərin sağlamlığına diqqət yetirməsi tövsiyə olunur
Payız aylarında hava şəraitinin dəyişməsi bəzi bürclər üçün sağlamlıq baxımından daha həssas dövr ola bilər. Astroloji proqnozlara görə, xüsusilə Qoç, Əkizlər,...