Sektor müdiri: "Təzəpir məscidi ətrafındakı tarixi məhəllə abadlaşdırılacaq və yenidən qurulacaq"

Sektor müdiri: Təzəpir məscidi ətrafındakı tarixi məhəllə abadlaşdırılacaq və yenidən qurulacaq
Sosial 62

"Təzəpir məscidi ətrafında Bakının Baş Planında ictimai zona olaraq qeyd edilmiş ərazidə yerləşən tarixi məhəllə müasir şəhərsalma standartlarına uyğun olaraq abadlaşdırılacaq və yenidən qurulacaq".

BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin İctimaiyyətlə Əlaqələr sektorunun müdiri Ramiz İdrisoğlu deyib.

O bildirib ki, uzun illər bu ərazidə infrastruktur xeyli köhnəlib, sıradan çıxıb:

"Layihə sayəsində həmin ərazilərdə infrastruktur yenidən yaradılacaq. Dövlətin xüsusi mühafizəsində saxlanılan tarixi abidələr və abidə olmayan, lakin tarixi yükə malik tarixi binaların da bərpası, saxlanılması, tarixi məhəllənin konsepsiyasına uyğunlaşdırılması nəzərdə tutulur. Məqsəd Bakı şəhərini Baş Plana, eləcə də müasir şəhərsalma standartlarına uyğun olaraq daha yaşıl mobil insanyönümlü şəhərə çevirmək yönündə növbəti addımların atılmasıdır".

Son xəbərlər