Sahil qəsəbəsində su borusunda baş verən problem aradan qaldırıldı
Qaradağ rayonu, Sahil qəsəbəsində səhər 110 millimetrlik içməli su xəttində qəza baş verib.
Bu barədə BAKU.WS-in "qaynar xətti"nə cavab olaraq ADSEA-nın mətbuat xidmətindən bildirilib.
"Hazırda Qaradağ rayon Sukanal İdarəsinin Qəza xidməti qəza yerindədilər. Qəzanın aradan qaldırılması işləri aparılır", - deyə məluamtda qeyd olunub.
***10:51
Qaradağ rayonu, Sahil qəsəbəsində içməli su çölə axır.
BAKU.WS xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.
Bildirilib ki, bu hal 21-ci məhəllə adlanan ərazidə yaşanır və 10 gündür ki, davam edir.
Sakinlərin sözlərinə görə, Sukanal İdarəsinə müraciət olunub, lakin heç bir tədbir görülməyib.
Hətta yeni çəkilmiş asfalt belə bu axıntı nəticəsində sıradan çıxıb.
Oxşar xəbərlər
Xəstəni 40 dəqiqə döydüyü iddia edilən sanitar danışdı: "Böhtan ataraq məni işdən çıxarıblar"
Bərdə Rayon Mərkəzi Xəstəxanasında sanitarın köməksiz və huşsuz vəziyyətdə olan pasiyenti 40 dəqiqə dayanmadan döydüyü faktı ilə bağlı təqsirləndirilən şəxs dan...