Sabah güclü külək əsəcək - XƏBƏRDARLIQ
Sabah Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə güclü külək əsəcək.
BAKU.WS xəbər verir ki, Milli Hidrometeorologiya Xidməti gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq yayıb.
Naxçıvan MR, Kəlbəcər, Laçın, Zəngilan, Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Şamaxı, Daşkəsən, Gədəbəy, Göygöl, Gəncə, Naftalan, Goranboy, Samux, Mingəçevir, Neftçala, Salyan, Biləsuvar, Hacıqabul, Lerik və Yardımlıda qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.
Bakıda və Abşeron yarımadasında, Qobustan, Xızı, Siyəzən, Şabran, Xaçmaz, Quba və Qusarda şimal-qərb küləyi əsəcək, küləyin sürəti 20.8-28.4 m/san-dək güclənəcək.
Oxşar xəbərlər
Ev alan vətəndaşlar çıxılmaz vəziyyətdə: "Üç ildir buradayıq, indi gəlib çıxarırlar"
Bakının Suraxanı rayonu, Qaraçuxur qəsəbəsinin İlqar Musayev küçəsində yerləşən yeni tikili binadan mənzil alan bir qrup sakin çətin vəziyyətlə üzləşib. Köçdükd...