Sabah Bakının bu ərazisində qaz olmayacaq
29
apr
2025
16:52
Sabah Bakının Binəqədi rayonunun bəzi ərazilərində qaz təchizatı dayandırılacaq.
Bu barədə BAKU.WS-ə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.
Bildirilib ki, Binəqədi rayonu, 9-cu mikrorayon ərazisində yeni çəkilmiş xəttin mövcud şəbəkəyə qoşulması məqsədi ilə aprelin 30-da saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.
Qaz təchizatı dayandırılan müddətdə H.Babaşov, İ.Cümşüdzadə, A.Həşimov küçələrinin və 6-cı mikrorayon ərazisinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Oxşar xəbərlər
Saray sakinləri şikayətçidirlər: "Yola çıxanda bizə gülürlər"
Saray qəsəbəsində yerləşən Bəxtiyar Vahabzadə küçəsinin sakinləri ərazidə yolların yararsız vəziyyətdə olmasından narazıdırlar. BAKU.WS Baku TV-yə istinadən xəb...