Sabah Bakının bu ərazilərində qaz olmayacaq
Sabah Yasamal rayonunun bəzi ərazilərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Bu barədə BAKU.WS-ə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.
Bildirilib ki, Yasamal rayonundakı mövcud qaz xəttində aşkar olunmuş qaz sızması müvəqqəti aradan qaldırılıb.
"İşlərin yekunlaşdırılması məqsədilə 03.06.2025-ci il saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq. Qaz təchizatı dayandırılan müddətdə Ə.Əhmədov, D.Bünyadzadə, M.Xiyabani, M.Mirzəyev, Kənar Dairəvi, 7-ci Alatava, General Həmidov, Ü.Əkbərov, X.Mustafayev, X.Dadaşov, Z.Kərimov, Şərifzadə küçələrinin və 2-ci Alatava qəsəbəsinin bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq", - məlumatda vurğulanıb.
Oxşar xəbərlər
Hər yerə gecikən bürclər açıqlanıb
Bəzi bürclərin görüşlərə və tədbirlərə gecikməsi ilə bağlı astroloqların sözləri maraq doğurub. BAKU.WS xəbər verir ki, daha çox Balıqlar, Əkizlər, Oxatan, Tər...