Sabah Azərbaycanın 3 yaşayış məntəqəsində qaz olmayacaq
Sabah Hacıqabul, Ağsu və Neftçala rayonlarının bəzi yaşayış məntəqələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Bu barədə BAKU.WS-ə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinə xəbər istinadən verir.
Bildirilib ki, diametri 250 mm PE "Qarasu-Padar" orta təzyiqli yeraltı qaz kəmərində kipliyin sınağı məqsədilə əlaqədar mayın 19-da saat 10:00-dan etibarən sınaq işləri başa çatanadək Hacıqabul rayonunun Padar kəndində, eyni zamanda Ağsu rayonunun Padar Qışlaq kəndində (ümumi 483 abonent) qaz təchizatının daxildən dayandırılması planlaşdırılır.
Bundan başqa, "Payız-Qış" mövsümünə hazırlıqla bağlı tədbirlər planında nəzərdə tutulmuş işlərin icrası olaraq istehlakçıların təbii qaz təchizatının fasiləsiz, dayanıqlı və təhlükəsiz təmin edilməsi ilə əlaqədar Neftçala rayonunun Bankə qəsəbəsində yeni 500 m³/saat ŞQTM-in quraşdırılması, həmçinin qəsəbənin bir hissəsini təbii qazla təmin edən qaz kəməri üzərində Dş 80 mm-lik siyirtmənin yenisi ilə əvəzlənməsi məqsədilə sabah saat 10:00-dan etibarən işlər başa çatana qədər Bankədə (ümumi 1 527 abonent) qaz təchizatının daxildən dayandırılması planlaşdırılır.
Oxşar xəbərlər
Bakıda 4 il əvvəl açılışı olmuş bağça niyə hələ də fəaliyyət göstərmir?
Binə qəsəbəsində yerləşən 346 nömrəli körpələr evi-uşaq bağçası istifadəyə hazıdır, hətta 4 il öncə açılışı da olub, amma hələ də fəaliyyət göstərmir. BAKU.WS X...