Sabah 14 yaşayış məntəqəsində qaz olmayacaq
20
iyl
2026
16:10
Cəlilabad rayonunun 14 yaşayış məntəqəsində qaz olmayacaq.
BAKU.WS xəbər verir ki, iyulun 21-i saat 10:00 radələrindən işlər başa çatanadək Cəlilabad rayonu üzrə 8088 abonentin (Göytəpə şəhəri, Kazımabad, Bəcirəvan, Şıxlar, Ağdaş, Privolnoye, Həziabad, Çünzəli, Hamarqışlaq, Komanlı, Xəlilabad, Soyuqbulaq, Hacıcavadlı və Allahverənli kəndləri) mavi yanacaqla təchizatında fasilə yaranacaq.
Abonentlərdən qaz təchizatı avadanlıqlarını nəzarətdə saxlamaq və təhlükəsizlik tədbirlərinə riayət etmək xahiş olunur.
Oxşar xəbərlər
Guya DTX-dən zəng gələcək - Qanunsuz tələblərə inanmayın!
Azərbaycanda jurnalistlər də kibercinayətkarların hədəfindədir. BAKU.WS xəbər verir ki, işbazlar tanınmış şəxsin adından yazaraq guya DTX və ya digər hüquq-müha...