QMİ: Bu, əvvəllər məscidlərdə gizli həyata keçirilirdi
28
sen
2017
13:10
Bu ildən başlayaraq, mərkəzi məscidlərdə Quran kursları açılıb. Bu, əvvəllər məscidlərdə gizli, qeyri-qanuni həyata keçirilirdi. İndi isə bu, qanuni olacaq.Trend-in məlumatına görə, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədrinin 1-ci müavini Salman Musayev "Qeyri-hökumət təşkilatları və dini icmalar: əməkdaşlıqdan birgə fəaliyyətə doğru" mövzusunda keçirilən konfransda deyib.Onun sözlərinə görə, müstəqilliyin ilk illərində xaricə gedib dini təhsil alan gənclər sonradan gəlib Azərbaycanda radikalizm meyilləri yaratmağa cəhd etdilər: "O zaman xaricdə təhsil alanlar məzhəb ayrı-seçkiliyi yaratmaq fikri ilə Azərbaycana gəlib iş görməyə başladılar. Bu da Azərbaycan gənclərinin müəyyən hissəsinin son dövrlərdə İslam aləmində mənfi istiqamətə gedən proseslərə yönəlməsinə təsir etdi".S.Musayev deyib ki, biz həmrəy olmalıyıq: "Bu halda qarşımıza çıxan problemlərin həllində mühüm rol oynaya bilərik. Məscidlərdə məzhəblərindən asılı olmayaraq, birgə namaz qılınır. Bu gün bu tolerantlıq davam etdirilir və bundan sonra da davam etdiriləcək".BAKU.WS
Oxşar xəbərlər
Mübariz Qurbanlıdan şeyxlə bağlı AÇIQLAMA
Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı son günlər Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə haqqında mətbuatda yazılan...