Qızıl bazarında vəziyyət necədir? - QİYMƏTLƏR
Son dövrlərdə həm dünyada, həm də Azərbaycanda qızılın qiymətində kəskin artım müşahidə olunur. Toy mövsümünün davam etdiyi bir vaxtda qızıl bazarındakı ümumi vəziyyət maraq doğurur.
Satıcılar qiymət artımının alıcılıq qabiliyyətinə müəyyən qədər təsir etdiyini desələr də, qızıl alanlar qiymətlərin sürətli dəyişməsindən narazıdırlar.
Bazardakı mövcud vəziyyəti satıcılar belə şərh edirlər:
"Qızılın bahalaşmasına rəğmən, hazırda müştəri çoxdur. İnsanlar təşvişə düşdükləri üçün qızıl almağa daha çox meyillidirlər".
Alıcılar isə qiymət sabitliyinin olmamasından gileylənirlər:
"Qiymətlər çox bahadır. Biz noyabr ayında gələndə tamam başqa qiymətlər idi, indi isə xeyli fərq var. Hətta bir həftənin içində belə qiymətlər dəyişir".
Oxşar xəbərlər
Sakinlərin kabusuna çevrilən küçə itləri dəhşət saçır: 100-dən çox insan xəstəxanalıq olub
Mingəçevirdə sahibsiz itlərin sayı artıb. Sakinlər deyirlər ki, həm gecə, həm də gündüz saatlarında Kür çayının sağ və sol sahillərində yerləşən küçələrdə sahib...