Qızı Polad Bülbüloğlunun 80 yaşını səhnədə təbrik etdi
Xalq artisti Polad Bülbüloğlunun 80 illik yubileyi münasibətilə konsert təşkil edilib.
BAKU.WS xəbər verir ki, konsertdə sənətçinin böyük oğlu Teymur, qızı Leyla və nəvələri də iştirak edib.
Onlar birlikdə səhnəyə çıxaraq Polad Bülbüloğlunun 80 yaşını təbrik ediblər.
"Sən təkcə bizim dayağımız deyil, həm də ən yaxın dostumuzsan. Sən bizə həyatı arzularımızın arxasınca getməyi və heç vaxt təslim olmamağı öyrətdin. Sənə baxanda biz sadəcə ata deyil, həm də milyonların qəlbində silinməz iz qoyan dahi bir şəxsiyyət görürük" - deyə sənətçinin qızı Leyla qeyd edib.
Xatırladaq ki, deputat, Xalq artisti Polad Bülbüloğlu 3 gün əvvəl 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib. Bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Oxşar xəbərlər
"İlk sakinlər İrandan qaçanlar olublar" - Bakının NZS qəsəbəsindən REPORTAJ
Baku TV paytaxtın təxminən bir əsrdir məskunlaşmanın olduğu NZS qəsəbəsindən reportaj hazırlayıb. Qəsəbədə yaşayan sakinlər buranın tarixi barədə maraqlı məluma...