Paytaxtı digər şəhərə köçürməklə tıxac problemi həll olacaq? - VACİB AÇIQLAMA

Paytaxtı digər şəhərə köçürməklə tıxac problemi həll olacaq? - VACİB AÇIQLAMA
Sosial 278

Son illərdə Azərbaycanda da zaman-zaman paytaxtın Bakıdan başqa şəhərə köçürülməsi ideyası ictimai müzakirələrdə səslənir.

BAKU.WS-in məlumatına görə, bu yanaşma, əsasən, paytaxtda artan əhali sıxlığı, tıxaclar, hava çirkliliyi və sosial yüklənmənin azaldılması məqsədi ilə əsaslandırılır.

Lakin nəqliyyat və şəhər planlaşdırması üzrə ekspertlər bildirirlər ki, problemin kökü məkanın dəyişməsində deyil, idarəetmənin və planlaşdırmanın keyfiyyətində axtarılmalıdır.

Mövzuya münasibət bildirən nəqliyyat eksperti Rauf Ağmirzəyev hesab edir ki, paytaxtı köçürməklə nə sıxlıq, nə tıxac, nə də sosial gərginlik aradan qalxacaq. O, bununla bağlı Avropa təcrübəsinə və Avropa İctimai Nəqliyyat İttifaqı (UITP)-nin son bəyanatına istinad edib:

"Avropa İctimai Nəqliyyat İttifaqı (UITP) 2028–2034-cü illər üçün yeni Çoxillik Maliyyə Çərçivəsini (MFF) daha çevik və sadələşmiş etməyə yönəlmiş Avropa Komissiyası təşəbbüsünü dəstəkləyir. Lakin UITP açıq şəkildə xəbərdarlıq edir: layihədə şəhər hərəkətliliyi və ictimai nəqliyyatın xüsusi qeyd olunmaması Avropanın iqlim və dayanıqlılıq hədəflərini riskə atır.

Avropada əhalinin 84%-nin 2050-ci ilə qədər şəhərlərdə yaşayacağı gözlənilir. Bu şəraitdə ictimai nəqliyyat iqlimə qarşı neytral, sosial baxımdan ədalətli və dayanıqlı hərəkətliliyin əsas dayağı olaraq qalır".

Ekspertin fikrincə, Avropa ölkələrinin təcrübəsi göstərir ki, problemləri köçürməklə deyil, sistemli idarəetmə və ağıllı nəqliyyat planlaşdırması ilə həll etmək mümkündür:

"Paytaxtı və ya idarəetmə mərkəzlərini köçürməklə nə sıxlıq, nə tıxac, nə də sosial yük aradan qalxır. Həlli yerdə deyil, idarəetmədə və nəqliyyat planlaşdırmasında axtarmaq lazımdır. İctimai nəqliyyat heç vaxt təkcə yerli məsələ olmayıb - bu, iqlim neytrallığına, sosial ədalətə və dayanıqlılığa strateji sərmayədir".

Qeyd edək ki, beynəlxalq təcrübəyə baxsaq Bakının yüklənməsini azaltmaq üçün bir neçə prioritet addımlar sadalamaq.

Bunlarda bəzilərini qeyd edirik:

İctimai nəqliyyatın şəbəkəsini genişləndirmək (metro, avtobus və mikromobillik sistemlərinin inteqrasiyası);

Rəqəmsal nəqliyyat idarəetməsini tətbiq etmək;

Parkinq və fərdi avtomobil istifadəsini tənzimləmək;

Regionların iqtisadi cazibəsini artırmaq və şəhərə miqrasiyanı balanslaşdırmaq.

Son xəbərlər