Ödənişli əsasla qəbul olan tələbələrə ŞAD XƏBƏR
Ödənişli əsasla qəbul olan tələbələrdən bəziləri dövlət sifarişli təhsil ala biləcəklər.
BAKU.WS xəbər verir ki, Dövlət İmtahan Mərkzinin sədri Məleykə Abbaszadə bildirib ki, yaxın günlərdə bakalavriat üzrə göstəricilər dəqiqləşdiriləcək. Bəzi ödənişli əsaslarla təhsil alan tələbələr də dövlət sifarişi üzrə təhsillərini davam etdirə biləcəklər.
Təhsil eksperti Elşən Qafarov bildirir ki, bu, ölkədə ümumiyyətlə ödənişli təhsilin tamamilə aradan qaldırılmasına hədəflənən addımlar sırasındadır.
Bəs dövlət sifarişli təhsilə keçiriləcək tələbələr kimlərdir? Elşən Qafarov bildirib ki, bu, dövlətin əmək bazarına uyğun olaraq verdiyi sifariş əsasında müəyyən ediləcək. Balı yüksək olmayanlar da bu güzəştdən yararlana biləcəklər.
Ekspertin fikrincə, dövlət sifarişinin əhatəliliyi genişləndiyi təqdirdə bundan həm dövlət, həmçinin özəl ali məktıəb tələbələri yararlana biləcəklər.
Xezerxeber.az-ın mövzu ilə bağlı videomaterialını təqdim edirik.
Oxşar xəbərlər
Azərbaycanın qlobal brendi: "ASAN xidmət"in əsas mahiyyəti nədən ibarətdir?
"ASAN xidmət" sadəcə vətəndaşlara xidmət göstərən bir mərkəz deyil, Prezidentin dövlət xidmətləri sahəsində həyata keçirdiyi institusional islahat, korrupsiyaya...