Nigar Alimova: "Bələdiyyələrin torpaq sənədləşməsi səlahiyyətləri məhdudlaşdırılıb"
Azərbaycanda bələdiyyələrin torpaq sahələrinin sənədləşdirilməsi ilə bağlı səlahiyyətləri məhdudlaşdırılıb.
"Report" xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində fəaliyyət göstərən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin İdarə Heyətinin sədri Nigar Alimova mətbuat konfransında deyib.
Onun sözlərinə görə, bələdiyyələr yalnız 2007-ci ilə qədər torpaq sahələri üzrə sənədləşmə apara bilirdi, həmin tarixdən sonra bu sahədə sənəd verilməsi dayandırılıb.
Sədr bildirib ki, hazırda bələdiyyələrin torpaq sahələri üzərində sərəncam vermə mexanizmi də məhdudlaşdırılıb və onlar torpaqları yalnız qanunvericiliyə uyğun şəkildə hərrac vasitəsilə satışa çıxara bilərlər. Birbaşa və ya fərdi qaydada satışlara yol verilmir.
Oxşar xəbərlər
XƏBƏRDARLIQ! 3 gün ard-arda hava PİS KEÇƏCƏK - Bu tarixdən...
Azərbaycanın bəzi bölgələrində mayın 5-6-da gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib. Bu barədə BAKU.WS-ə Milli Hidrometeorologiya Xid...