Məşhur şahmatçımız Vüqar Həşimovun doğum günüdür

Bu gün Azərbaycanın məşhur şahmatçısı, şahmat üzrə üçqat Azərbaycan çempionu adına layiq görülmüş Vüqar Həşimovun doğum günüdür.
BAKU.WS xəbər verir ki, Vüqar Həşimov 24 iyul 1986-cı ildə Bakı şəhərində anadan olub. Yaşasaydı 39 yaşını qeyd edəcəkdi.
Vüqar Həşimov şahmat karyerası ərzində 2002, 2004, 2006 və 2008-ci illərin Şahmat Olimpiadalarında Azərbaycan yığmasının tərkibində çıxış edib. 2009-cu ildə Azərbaycan yığmasının heyətində Avropa Çempionu adını qazanıb.
2011-ci ilin yanvarında 1958-ci ildən İtaliyada müntəzəm olaraq keçirilən Recco-Emiliya şahmat turnirinin qalibi olmuş, hətta, həmin il Vüqar Həşimov FİDE-nin 2011-ci ilin mart ayına olan reytinq siyahısında Teymur Rəcəbovu bir pillə qabaqlayaraq 11-ci yerdə qərarlaşmışdı.
O, çox erkən yaşında 11 yanvar 2014-cü ildə beyin xərçəngindən müalicə olunduğu Almaniya klinikasında dünyasını dəyişib.
14 yanvar 2014-cü ildə mərhumla vida mərasimi Respublika Şahmat Mərkəzində təşkil olunub. O, həmin gün II Fəxri Xiyabanda dəfn edilib.
Oxşar xəbərlər
MN: Anomal istilərlə əlaqədar Azərbaycan Ordusunda bir sıra tədbirlər görülür
Son vaxtlar davam edən anomal istilər ilə əlaqədar Azərbaycan Ordusunun hərbi qulluqçuları arasında istivurma və günvurma hallarının qarşısının alınması məqsədi...