Masallının 6 kəndində qaz kəsiləcək
İyunun 10-da Masallı rayonunun bir neçə kəndində təbii qazın verilişində fasilələr olacaq.
BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb.
Bildirilib ki, rayon ərazisində yerləşən "Tüklə" qaz paylayıcı stansiyasından qidalanan Mahmudavar, Şatıroba, Mişkəmi, Miyənkü, Hişkədərə və Mololan kəndlərini qazla təchiz edən orta təzyiqli qaz xəttinin kipliyə sınaqdan keçirilməsi məqsədilə, saat 10:00-dan işlər başa çatana qədər bu 6 yaşayış məntəqəsində, ümumilikdə 2 800 abonentin qaz təchizatının dayandırılması planlaşdırılır.
Oxşar xəbərlər
43 gündür bağlanan magistral: Bakıya gedən sürücülər çətin vəziyyətdə
Bakı-Qazax magistral yolunda bir müddət əvvəl baş verən çökmənin nəticələri hələ də aradan qaldırılmayıb. Hadisə yolun 55-ci kilometrində, Qaradağ rayonu, Qobus...