Kürdəmir rayon prokuroru müavininin işinə xitam verilib
Kürdəmir rayon prokurorunun müavini Elxan Məmmədovun qulluq keçməsinə xitam verilib.
BAKU.WS xəbər verir ki, bu barədə Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Baş prokuror tərəfindən Azərbaycan Prokurorluğunun veteranları və təqaüdə çıxmış prokurorluq işçisi təltif edilib.
Uzun müddət prokurorluq orqanlarında şərəfli xidmət yolu keçmiş Prokurorluğun veteranları Namiq Əsgərov və Bəhruz Mahmudovun 70 illik yubileylərinin tamam olması, eyni zamanda prokurorluqda qulluqda olmanın son yaş həddinə çatmış Kürdəmir rayon prokurorunun müavini Elxan Məmmədovun qulluq keçməsinə xitam verilməsi ilə əlaqədar Baş prokuror Kamran Əliyevin rəhbərliyi ilə dekabrın 18-də tədbir keçirilib.
Tədbirdə Baş prokuror tərəfindən veteran prokurorluq işçisi Namiq Əsgərova hədiyyə, Bəhruz Mahmudova isə "Azərbaycan Prokurorluğunun 100 illiyi" Azərbaycan Respublikasının yubiley medalı təqdim edilib.
Namiq Əsgərov və Bəhruz Mahmudov prokurorluq orqanlarında qulluq keçmənin, prokurorluq işçisi kimi qanunçuluq və hüquq qaydalarının təmin olunmasında, dövlətçiliyimizin maraqlarının müdafiə edilməsində xidmət aparmanın qürurverici olduğunu bildirərək, veteran prokurorluq işçilərinə göstərilən diqqət və qayğıya görə dərin minnətdarlıqlarını bildirib.
Həmçinin, Baş prokuror tərəfindən uzunmüddətli səmərəli fəaliyyətinə, qanunçuluq və hüquq qaydasının möhkəmləndirilməsi, cinayətkarlığa qarşı mübarizə, insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi sahəsində əldə etdiyi nailiyyətlərə görə Elxan Məmmədova "Prokurorluğun fəxri işçisi" döş nişanı təqdim edilib.
Qalereya
Oxşar xəbərlər
Sumqayıtda körpünün sökülməsinə görə bəzi marşrut xətlərinin hərəkət sxemi dəyişdirilir
Sumqayıt şəhərini Saray qəsəbəsi ilə birləşdirən qəzalı körpünün söküntü işlərinə görə bəzi marşrut xətlərinin hərəkət sxemi dəyişdirilir. BAKU.WS xəbər verir k...