Kamran Əsədov: "Tələbə təqaüdləri ən azı 10-15 faiz artırılmalıdır"
Növbəti illərdə tələbə təqaüdlərinin artırılması planlaşdırılarsa, bu artım ən azı 10-15 faiz səviyyəsində olmalıdır.
Bunu BAKU.WS-ə açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib.
O bildirib ki, bu artım həm inflyasiya amilini nəzərə almağa, həm də tələbələrin real təhsil və yaşayış xərclərini müəyyən qədər kompensasiya etməyə imkan verəcək.
"Artım yalnız fərqlənən və ya yüksək nəticə göstərən tələbələrə deyil, bütün dövlət sifarişi ilə təhsil alanlara şamil edilməlidir. Eyni zamanda sosial həssas kateqoriyadan olan - kənd yerlərindən gələn, aztəminatlı ailələrdən olan və ya ailəsində təhsil alan ilk fərd olan tələbələr üçün xüsusi təqaüd mexanizmləri yaradılmalıdır. Bu, həm sosial ədaləti təmin edər, həm də təhsil sisteminə inamı gücləndirər", - deyə Kamran Əsədov qeyd edib.
Ekspertin sözlərinə görə, bu istiqamətdə Elm və Təhsil Nazirliyinin siyasəti ardıcıl və düşünülmüşdür. Nazirlik son illərdə "akademik nailiyyətə əsaslanan təqaüd sistemi", "sosial həssas tələbələr üçün əlavə dəstək mexanizmləri" və "dövlət sifarişi yerlərinin genişləndirilməsi" kimi islahatlar həyata keçirməklə tələbələrin rifahını və motivasiyasını artırmaq istiqamətində mühüm addımlar atıb.
"Tələbə təqaüdü məsələsi yalnız maliyyə dəstəyi deyil, ölkənin təhsil və sosial inkişaf modelinin bir parçasıdır. Əgər bu sistem inflyasiyaya uyğun şəkildə yenilənərsə, bütün tələbə qruplarını əhatə edərsə və sosial ədalət prinsipi qorunarsa, təhsil həm daha əlçatan, həm də daha keyfiyyətli olacaq. Təhsil investisiyadır və tələbəyə edilən hər bir artım dövlətin gələcəyinə yönəldilmiş ən səmərəli sərmayədir", – deyə təhsil eksperti vurğulayıb.
Oxşar xəbərlər
Bu şəhərdə poçt xidməti üçün nəqliyyat vasitələri alınacaq - 552 min AZN...
"Naxçıvanpoçt" MMC üçün elektrikli yük avtomobili, moped və skuterlər alınacaq. BAKU.WS-in məlumatına görə, mumi dəyəri 552.466,57 AZN olan 7 ədəd elektrikli yü...