İxtisas seçimi edəcək abituriyentlərin nəzərinə!
Yeniliklərdən dərhal xəbərdar olun
Bu gündən "Abituriyent" jurnalının 4-cü nömrəsi, "İxtisas seçimi zamanı nələrə diqqət yetirməli" adlı kitabçalar,"Subbakalavr" peşə-ixtisas dərəcəsi almış və ali təhsil müəssisələrinə müsabiqə yolu ilə qəbul olmaq istəyən şəxslər üçün "Abituriyent" jurnalının xüsusi buraxılışı satışda olacaq.
BAKU.WS xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb.
Bildirilib ki, nəşrləri DİM-in əsas inzibati binasından (Bakı şəhəri, Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi, 299), "Abituriyent" satış məntəqəsindən (Bakı şəhəri, Nizami rayonu, Davud Aslan küçəsi, 2A), həmçinin kitab mağazalarından almaq,www.abiturient.az saytından və "Wolt" tətbiqindən sifariş etmək mümkün olacaq.
Oxşar xəbərlər
Bu şəxslərin evləri təmir ediləcək – Altı rayon və şəhərdə...
Mingəçevir, Yevlax, Bərdə, Füzuli, Hacıqabul və Ağcabədi rayonlarında keçmiş məcburi köçkünlər üçün salınmış yaşayış məntəqələrində ev və mənzillərin təmiri nəz...