İmtahanda 6 nəfərdə mobil telefon aşkarlanıb
13
iyl
2025
15:04
Bu gün Dövlət İmtahan Mərkəzi I və IV ixtisas qrupları (o cümlədən III qrup üzrə DT və TC altqruplarının hər ikisini seçənlər üçün coğrafiya fənni) üzrə qəbul imtahanı keçirib.
Mərkəzdən verilən məlumata görə, ilkin məlumatlara əsasən, 6 nəfərdə mobil telefon aşkarlanıb və onlar imtahandan kənarlaşdırılıblar.
Qeyd edək ki, qayda pozuntularına yol verən abituriyentlərin müsabiqə nəticələri ləğv olunur və həmin şəxslər ali və ya orta ixtisas təhsili müəssisələrinin müsabiqəsinə buraxılmırlar.
Oxşar xəbərlər
Toy və banket zamanı gözlənilməz xərcdən necə yayınaq?
100 manatlıq menyu ilə 100 nəfərlik məclisin ümumi xərci 10 min manatla yekunlaşmaya bilər. Çünki bu məbləğ yalnız menyunun qiymətini əhatə edir. Musiqi, dekora...