İcmanın ofisinin yerləşdiyi küçəyə Mirzə Qədim İrəvaninin adı verilib
Qərbi Azərbaycan İcmasının ofisinin yerləşdiyi küçəyə Mirzə Qədim İrəvaninin adı verilib.
Bu barədə BAKU.WS-ə İcmadan məlumat verilib.
Bildirilib ki, Bakı Şəhər İcra Hakimiyyətinin qərarı ilə paytaxtın mərkəzi küçələrindən birinə Mirzə Qədim İrəvaninin adı verilməsi dahi rəssamın xatirəsinin əbədiləşdirilməsi baxımından böyük əhəmiyyət kəsb edir:
"Qərbi Azərbaycanın və ümumilikdə Azərbaycan xalqının tarixən mühüm mədəniyyət və incəsənət mərkəzlərindən biri olmuş İrəvan şəhərində yaşayıb-yaratmış sənətkarın adının Qərbi Azərbaycan İcmasının yerləşdiyi küçəyə verilməsi xüsusi rəmzi məna daşıyır".
Məlumatda xatırladılıb ki, xalqımızın Qərbi Azərbaycandakı çoxsaylı mədəni irs nümunələri kimi, rəssamın bir çox əsəri də 1918–1920-ci illərdə Ermənistanın azərbaycanlılara qarşı törətdiyi zorakılıq və talanlar zamanı məhv edilib:
"Qərbi Azərbaycan İcması Mirzə Qədim İrəvaninin yaradıcılığı və onun timsalında Qərbi Azərbaycanın mədəni irsinin təbliği sahəsində həyata keçirilən ardıcıl və prinsipial siyasətə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə dərin təşəkkürünü bildirir".
Qalereya
Oxşar xəbərlər
Sərnişinə "Rədd olun, keçin arxaya" deyən sürücü işdən çıxarıldı
Bakıda 214 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobusda sərnişinlə mübahisə edən və ona qarşı nalayiq ifadələr işlədən sürücü işdən çıxarılıb. BAKU.WS "Bak...