Hərbi attaşelər Milli Aviasiya Akademiyasını ziyarət ediblər
Azərbaycana akkreditə olunan xarici dövlətlərin hərbi attaşeləri Milli Aviasiya Akademiyasını ziyarət ediblər.
Bu barədə BAKU.WS-ə Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, ziyarətdə 14 ölkənin hərbi attaşelik aparatının 17 nümayəndəsi iştirak edib.
Əvvəlcə qonaqlara Milli Aviasiya Akademiyasının yaranma tarixi, inkişaf mərhələləri, strukturu və fəaliyyəti barədə ətraflı məlumatlar verilib.
Qeyd olunub ki, ötən əsrin sonlarından fəaliyyətə başlayan Milli Aviasiya Akademiyası ölkəmizin mülki aviasiya sahəsinin ixtisaslı kadrlarla təminatında mühüm rol oynayır. Akademiyada bu gün bakalavriat və magistratura səviyyələrində 3 mindən çox tələbə təhsil alır.
Ziyarət çərçivəsində qonaqlar Akademiyanın Təlim Mərkəzində uçuşları tam imitasiya edən simulyatorların işini müşahidə ediblər. Həmçinin hərbi attaşelər təhsil müəssisəsinin ərazisində, Elm-İstehsalat Birliyində, Aviasiya Tarixi muzeyində, kitabxanada, laboratoriyalarda, idman kompleksində və tədris korpuslarındakı auditoriyalarda olub, tələbələrlə keçirilən tədris prosesini izləyiblər.
Qalereya
Oxşar xəbərlər
Ev almaq istəyənlərin NƏZƏRİNƏ - Yanvar ayından...
"Bahalaşma tendensiyası son üç il boyu aktiv və dinamik şəkildə davam edib. Hesablamalara görə, əvvəlki aya nisbətən ortalama 1-1,5 faiz, bəzi yerlərdə isə təmə...