Həftəsonu dənizə getmək istəyənlərin NƏZƏRİNƏ - Baş DYP AÇIQLADI

Həftəsonu dənizə getmək istəyənlərin NƏZƏRİNƏ - Baş DYP AÇIQLADI
Foto
Sosial 427

Yay mövsümünün qızmar günləri Bakı sakinlərini çimərliklərə və istirahət zonalarına üz tutmağa sövq edir.

Xüsusilə də həftəsonları şəhərdən çıxış yollarında nəqliyyatın sıxlığı, yollarda ləngimələr müşahidə olunlur. Bu isə həm sürücülər, həm də digər yol hərəkəti iştirakçıları üçün ciddi diqqət və məsuliyyət tələb edir.

Bəs görəsən, yollarda hərəkətin tənzimlənməsi baxımından hansı tədbirlər görüləcək?

Məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) rəsmisi, polis polkovnik-leytenantı Mübariz Ağayev BAKU.WS-ə açıqlamasında bildirdi ki, mövcud vəziyyəti nəzərə alan Baş DYP İdarəsi artıq qabaqlayıcı nəzarət və profilaktik tədbirlər həyata keçirir:

"Hazırda mövsüm üçün xarakterik olan isti havalar hökm sürür. Bununla əlaqədar olaraq paytaxt əhalisi xüsusən də həftə sonları çimərliklərə, istirahət mərkəzlərinə üz tutur. Bu isə həmin istiqamətlərdə, dəniz kənarı ərazilərdə, çimərliklərə aparan yollarda nəqliyyat sıxlığına gətirib çıxarır. Bütün bu proqnozları nəzərə alaraq Dövlət Yol Polisi tərəfindən əvvəlcədən qabaqlayıcı nəzarət-profilaktiki tədbirlər həyata keçirilir, əməli işlər görülür. Amma bununla yanaşı insanların rahat və təhlükəsiz mənzil başına çatmaqları üçün təkcə Dövlət Yol Polis idarəsi əməkdaşları deyil, hərəkət iştirakçıları və sürücülər də birgə əməkdaşlığa töhfə verməlidir".

İdarə rəsmisi həmçinin sürücülərə müraciət edərək, onları yollarda diqqətli olmağa çağlırıb:

"Biz Baş Dövlət Yol Polis İdarəsi olaraq bir daha sürücülərə müraciət edərək bildiririk ki, isti hava şəraiti ilə əlaqədar texniki təhlükəsizlik baxımından istifadəyə yararsız, nasaz nəqliyyat vasitələrində yanğın ehtimalının artmasını, eyni zamanda hərəkət intensivliyinin artmasını nəzərə alaraq yollarda daha diqqətli olsunlar. Nasaz nəqliyyat vasitəsilə yola çıxmasınlar, digər yol-hərəkət iştirakçılarına ehtiramla yanaşsınlar, sürücü intizamına nəzarət etsinlər, yol hərəkəti qaydalarını pozmasınlar, bütünlükdə hər bir kəsin həftə sonunu rahat və təhlükəsiz keçirməsi üçün Dövlət Yol Polisi ilə birgə təhlükəsizlik məsələlərinə töhfə versinlər".

Banu Hüseynli

Son xəbərlər