Gümüş nə qədər bahalaşıb? - QİYMƏTLƏR

Gümüş nə qədər bahalaşıb? - QİYMƏTLƏR
Sosial 68

Qızılın bahalaşması fonunda alıcılar daha əlçatan alternativlərə üz tutur.

BAKU.WS-in məlumatına görə, son aylarda zərgərlik bazarında gümüş məmulatlarına maraq əhəmiyyətli dərəcədə artıb.

Satıcıların sözlərinə görə, qiymət artımına baxmayaraq, tələbat yüksək olaraq qalır.

Gümüşün Qiyməti – 17 Fevral 2026

1 unsiya - 127.7808 manat

1 qram (təmiz, 999 əyar) - 4.11 manat

1 qram (925 əyar) – 3.8 manat.

Bazarda bəzi gümüş məmulatlarının satış qiymətində son aylarda ümumilikdə 20–30 manat aralığında artım müşahidə olunur. Satıcılar bunu əsasən xammalın bahalaşması və idxal xərclərinin yüksəlməsi ilə izah edirlər.

Gümüş nə qədər bahalaşıb? - QİYMƏTLƏR

Zərgərlər bildirirlər ki, son dövrlərdə həm qızıla, həm də gümüşə maraq yüksəkdir. Lakin qiymət baxımından daha münasib olduğu üçün gümüşə üstünlük verənlərin sayı daha çoxdur. Xüsusilə gündəlik istifadə üçün nəzərdə tutulan sadə və zərif modellər daha çox seçilir. Gümüş hədiyyəlik seçim kimi də populyarlığını qoruyur.

Mütəxəssislər vurğulayır ki, gümüş alarkən əsas diqqət yetirilməli məqam məhsulun əyarıdır. 999 əyar tam təmiz gümüş sayılır, 925 əyar isə zərgərlikdə ən geniş istifadə olunan standartdır və həm möhkəmlik, həm də keyfiyyət baxımından balanslı seçim hesab olunur.

Bəzi hallarda gümüşün qaralması alıcıları narahat edir. Bu, metalın tərkibindəki mis və digər ərintilərin havadakı və ya dəridəki kükürdlə reaksiyaya girməsi nəticəsində baş verir. Qaralma saxtalıq əlaməti deyil və xüsusi təmizləyici vasitələrlə asanlıqla aradan qaldırıla bilər.

Qiymətlərdə artım davam etsə də, gümüş hazırda zərgərlik bazarında ən əlçatan və tələbatlı metallar sırasında qalır.

Orxan Hüseyn

Son xəbərlər