Fətva verildi : "Orucu yalnız varlı müsəlmanlar tutmalıdır" (VİDEO)
Beynəlxalq Müsəlman Alimlər Birliyi oruc tutulması ilə bağlı qeyri-adi fətva verib.
BAKU.WS xəbər verir ki, APA TV-nin məlumatına görə, birliyin rəhbəri və Avstraliya müftisi Mustafa Rəşid ABŞ telekanallarından birinə verdiyi müsahibədə orucun ancaq varlılar üçün vacib olduğunu deyib. Kasıblar isə könüllü şəkildə oruc tuta bilər.
Müfti fərqli ölkələrdə kasıblığın da fərqli olacağını, Misir üçün aylıq qazancı 500 dolları keçməyən birinin kasıb sayılacağını deyib: "Orucun məqsədi kasıbın qarnını doyurmaqdır və bir insan hər gün bir kasıbın qarnını doyurursa, bu ən yaxşı orucdur".
Bununla belə, fətvanın kasıb insanlara orucu buraxmaq çağırışı anlamı daşımadığını, əsl məqsədin orucun prinsiplərinin anlaşılması olduğu bildirilib.
Başqa din alimləri isə fətvanın İslam hüququna uyğun olmadığını, ağlı başında olan, səyahət etməyən və sağlam hər müsəlmanın oruc tutmasının lazım olduğunu bildirir.
Müfti Mustafa Rəşid maraqlı yanaşmaları ilə tanınır. O, bir müsəlmanın sərxoş olmadıqca alkoqol istifadə edə biləcəyini deyir.
BAKU.WS
Oxşar xəbərlər
Hansı hallarda orucumuz batil olar və Orucu batil etməyən hallar — SİYAHI
Ramazan ayında orucu batil edən və etməyən hallar var. BAKU.WS "Ölkə.Az"a istinadən bu gün oxucularını bu siyahı ilə tanış edəcək. Qeyri-ixtiyari qusmaq orucu...