"FlyDubai"ın təyyarəsi Bakıya təcili eniş edib
Moskva–Dubay marşrutu üzrə yerinə yetirilən reys zamanı sərnişinlərdən birinin səhhətində yaranmış qəfil pisləşmə səbəbindən Heydər Əliyev Beynəlxalq Aeroportunda təcili eniş üçün müraciət edib.
Bu barədə hava limanının mətbuat xidmətindən bildirilib.
Təyyarə yerli vaxtla saat 05:30-da Bakı hava limanına uğurla eniş edib.
Sərnişinə dərhal ilkin tibbi yardım göstərilib və hazırda onun vəziyyəti ilə bağlı zəruri tibbi prosedurlar davam etdirilir.
Heydər Əliyev Beynəlxalq Aeroportu beynəlxalq tələblərə uyğun şəkildə operativ koordinasiyanı təmin edərək uçuş təhlükəsizliyini və sərnişinlərin rifahını ən yüksək səviyyədə qorumaqda davam edir.
Oxşar xəbərlər
Sabah 25 dərəcə isti olacaq
Oktyabrın 19-da gözlənilən hava şəraiti açıqlanıb. BAKU.WS xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, Bakıda və Ab...