Əyriçayda suyun səviyyəsi 83 sm artıb
Çaylarda müşahidə olunan faktiki vəziyyət açıqlanıb.
BAKU.WS xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Belə ki, iyunun 4-ü saat 9:00-a olan məlumata əsasən Böyük Qafqaz ərazisindən axan Əyriçayda 83 sm, Qarasuçayda 11 sm, Qudiyalçayda 9 sm, Vəlvələçayda 4 sm, Kiçik Qafqaz ərazisindən axan Zəyəmçayda suyun səviyyəsi 7 sm olub.
Bundan başqa, Kürəkçay və Gəncəçayda 3 sm, Qarabağ və Şərqi-Zəngəzur bölgəsindən axan Quruçayda 5 sm, Həkəriçayda 4 sm, Tutqunçayda 2 sm, Kür çayının aşağı axınında Kür-Surrada 15 sm, Kür-Yevlaxda isə 2 sm artım qeydə alınıb.
Oxşar xəbərlər
Cəlilabadda qar yağışı nəqliyyatın hərəkətində problemlər yaradıb
Qarlı hava şəraiti Cəlilabad rayonunda nəqliyyatın hərəkətində qismən problemlər yaradıb. BAKU.WS "Report"a istinadən xəbər verir ki, qar yağışı nəticəsində Cəl...