Əmək Məcəlləsinə məzuniyyətlə bağlı təklif olunan dəyişikliklərin mahiyyəti açıqlanıb
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək siyasəti şöbəsinin müdiri Fuad Heydərov Əmək Məcəlləsinə məzuniyyətlə bağlı təklif olunan dəyişikliklərin mahiyyətini açıqlayıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, o, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında bildirib ki, yeni dəyişikliklərlə işçinin təşəbbüsü ilə olmayan ödənişsiz məzuniyyət dövrü, boş dayanma müddəti, eləcə də qismən ödənişsiz sosial məzuniyyət dövrləri artıq nəzərə alınmayacaq:
"Bilirsiniz ki, işçi qismən ödənişli sosial məzuniyyət və ya ödənişsiz məzuniyyətdən qayıtdıqdan sonra altı ay ərzində aldığı əməkhaqqı 12 aya bölünürdə. Belədə təbii olaraq məzuniyyət dövrü üçün orta əməkhaqqının aşağı düşməsinə gətirib çıxarırdı. Yeni dəyişikliklərə əsasən, işçinin təşəbbüsü ilə olmayan ödənişsiz məzuniyyət dövrü, boş dayanma müddəti, eləcə də qismən ödənişsiz sosial məzuniyyət dövrləri artıq nəzərə alınmayacaq. Bunlar əməkhaqqı alınan yaxın və tam təqvim ayları ilə əvəz olunacaq. Bu isə işçinin normal məzuniyyət dövrü üçün əməkhaqqına bərabər orta əməkhaqqı almasına gətirib çıxaracaq".
Oxşar xəbərlər
Azərbaycanda pensiya alan bu şəxslər üçün VACİB XƏBƏR
"İşləyən pensiyaçıların pensiya kapitalından istifadə müddətinin 6 ildən 4 ilə endirilməsi məsələsi real və müzakirə olunan təkliflərdən biridir. Bu məsələ Mill...