ƏHALİYƏ ŞAD XƏBƏR! Pensiyalar ödənildi
05
iyn
2025
15:08
Bu gün Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə bu ayın pensiyaları qrafikdən əvvəl ödənilib.
BAKU.WS xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb.
Həmçinin Naxçıvanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən də muxtar respublika üzrə iyun ayının pensiya ödənişi qrafikdən əvvəl həyata keçirilib.
Respublikanın digər bölgələri, habelə güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin iyun ayı üzrə pensiyaları da bu ay qrafik əsasında ödəniləcək.
Oxşar xəbərlər
Sabah 25 dərəcə isti olacaq
Oktyabrın 19-da gözlənilən hava şəraiti açıqlanıb. BAKU.WS xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, Bakıda və Ab...