Əhalini SEVİNDİRƏCƏK XƏBƏR - Bu məhsullar UCUZLAŞDI

Əhalini SEVİNDİRƏCƏK XƏBƏR - Bu məhsullar UCUZLAŞDI
Açıqlama
Sosial 89

Son günlər şəhər marketlərində kartof və soğan qiymətlərində nəzərəçarpan endirimlər müşahidə olunur.

BAKU.WS-in məlumatına görə, kartofun qiyməti 70 qəpiyə qədər, soğanın isə 30 qəpiyə qədər düşüb.

Bu, həm gündəlik ailə xərclərinə təsir edən vacib ərzaq məhsullarında güzəştlərin olması, həm də istehlakçılar üçün alış-verişin bir qədər rahatlaşması deməkdir.

Qiymət azalmasının səbəbləri arasında məhsul bolluğu, tədarük zəncirində optimallaşma və mövsümi amillər mühüm rol oynaya bilər.

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc BAKU.WS-ə açıqlamasında bildirib ki, dekabr ayında anbarda saxlanılan məhsul bazara çıxarıldığına görə son yığım oktyabr ayına təsadüf edir:

"Qiymətlər da buna görə baha olur. Amma hazırda qiymətlərin endirimə düşməsi. marketlərin qiymət siyasəti ilə bağlıdır.

Lakin ölkə bazarlarında qiymətlər stabil qalıb. Sadəcə marketlərdə endirim tətbiq olunur. Bu marketlərin qiymət siyasəti ilə bağlıdır. Digər tərəfdən, böyük miqdarda idxal baş verərkən və ya ixraca məhdudiyyətlər qoyularkən də qiymətlər xeyli ucuzlaşır. Yəni məhsul bolluğu yarandığı zaman onun qiymətində dəyişiklik olur. Mümkündür ki, qiymət ucuzlaşmasına hər iki amil təsir etsin.

Eyni zamanda daha çox müştərinin marketlərə cəlb olunması ilə bağlı da bu tip addımlar atılmasını da nəzərə almaq lazımdır. Kənd təsərrüfatı məhsulları, xüsusilə kartof və soğan azərbaycanlıların mətbəxində daha çox istifadə olunan məhsul növləridir və bu baxımdan onların qiymətində baş verən dəyişiklik təqdir edilməlidir. Çünki ortalama hər bir Azərbaycan ailəsi ay ərzində hər iki məhsuldan təqribən 10-15 kq arası istifadə edir".

Orxan Hüseyn

Son xəbərlər