"Dərsdə oturduğumuz yerdə hər gün cərimələr gəlir" - Müəllimlərdən parkinq barədə ŞİKAYƏT
Bakının Nərimanov rayonunda yerləşən 200 saylı məktəb-lisey kompleksinin müəllimləri Baku TV-nin qaynar xəttinə müraciət edərək təhsil ocağının qarşısında yaradılan "AzParking" zonasından narazılıqlarını bildiriblər.
Onların sözlərinə görə, hər gün işə gedib-gəldikləri üçün avtomobillərini məktəbin qarşısında saxlayırlar və bunun müqabilində gündəlik 4-5 manat ödəniş edirlər.
Müəllimlərdən biri bildirib ki, ərazi onların xəbəri olmadan, heç bir elan verilmədən və avtomobillər siyahıya alınmadan "AzParking" zonası elan edilib: "Dərsdə oturduğumuz yerdə hər gün cərimələr gəlir".
Başqa bir müəllim isə məsələ ilə bağlı narazılığını belə ifadə edib:
"Həftənin beş günü 40 manat ödəsəm, ayın sonunda bu, kifayət qədər böyük məbləğ edir. "AzParking" əməkdaşlarına şikayət etdikdə "ictimai nəqliyyatdan istifadə edin" cavabını alırıq".
Daha ətraflı Baku TV-nin videomaterialında:
Oxşar xəbərlər
Bayramda metrodan istifadə etmək istəyənlərin NƏZƏRİNƏ
Qurban bayramı və Müstəqillik Günü ilə əlaqədar mayın 27-31-də Bakı metropolitenində qatarların hərəkət qrafiki dəyişdiriləcək. Bu barədə BAKU.WS-ə "Bakı Metrop...