Dənizdə çimməklə bağlı həkimlərdən XƏBƏRDARLIQ - Bu şəxslər...

Yay aylarında çimərliklər insanlarla dolub-daşır. Dəniz havası, günəş vannası və sərin sularda üzmək həm fiziki, həm də psixoloji cəhətdən çox faydalıdır.
BAKU.WS-in məlumatına görə, lakin həkimlər bəzi şəxslər üçün dənizdə çimməyin ciddi sağlamlıq riski daşıdığını bildirir.
Həkim-terapevtlər xəbərdarlıq edir ki, aşağıdakı qruplara aid insanlar dənizdə çimməzdən əvvəl mütləq həkimlə məsləhətləşməlidirlər:
Ürək və qan-damar xəstəlikləri olanlar: Suyun temperatur dəyişikliyi infarkt və ya təzyiqin qəfil artmasına səbəb ola bilər.
Epilepsiya (sara) xəstələri: Suda tutma halları həyati təhlükə yarada bilər.
Astma və tənəffüs yolları xəstəlikləri: Sərin su və rütubətli hava tutmalar yarada bilər.
Yüksək təzyiq (hipertoniya) xəstələri: Günəş vannası və dəniz suyu təzyiqdə ani dəyişiklik yarada bilər.
Alkoqol qəbul edən şəxslər: Alkoqollu vəziyyətdə suya girmək boğulma riskini ciddi şəkildə artırır.
Uşaqlar və yaşlılar: Xüsusilə nəzarətsiz şəkildə çimənlər üçün təhlükə böyükdür.
Həkimlər əhaliyə tövsiyə edirlər ki, yay istirahətinin fəsada çevrilməməsi üçün sadə təhlükəsizlik qaydalarına riayət edilsin və səhhətində problem olan şəxslər mütləq öncədən tibbi məsləhət alsınlar.
Oxşar xəbərlər
Bakı Olimpiya Stadionunda konsertlə bağlı bu yollar BAĞLANIB
Bakı Olimpiya Stadionunda keçiriləcək konsert proqramı ilə əlaqədar olaraq Heydər Əliyev prospekti və Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi istiqamətindən sta...