Çimərlikdə bunları etmək QADAĞANDIR - DİN-dən XƏBƏRDARLIQ

"Çimərliklərdə moped, motosiklet, kvadrovelosiped və at sürmək qadağandır".
BAKU.WS xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəisi polis polkovnik-leytenantı Elşad Hacıyev sosial şəbəkə hesabında yazıb.
O bildirib ki, bu cür nəqliyyat vasitələrinin və heyvanların insanların sıx olduğu istirahət zonalarında hərəkəti qanunla qadağandır:
"Çünki belə hallarda uşaqların, yaşlıların və digər istirahət edən şəxslərin həyat və sağlamlığı ciddi təhlükə altına düşür.
Çimərliklərdə məsuliyyətsiz davranış faciəyə səbəb ola bilər. Düşünün ki, ehtiyatsızlıqla bir uşağa zərər yetirsəniz, bunun mənəvi ağırlığını bir ömür boyu daşımalı olacaqsınız. İctimai asayişə və təhlükəsizliyə hər kəs məsuliyyətlə yanaşmalıdır. Unutmayaq ki, çimərlik istirahət üçündür, riskli hərəkətlər üçün deyil".
Qeyd edək ki, ölkə ərazisində davam edən isti hava şəraiti ilə əlaqədar insanların istirahət mərkəzlərinə axını nəzərə alınaraq həmin məkanlarda vətəndaşların təhlükəsizliyinin təmin olunması məqsədilə polis əməkdaşları tərəfindən profilaktik tədbirlər həyata keçirilir.
Qalereya
Oxşar xəbərlər
Daha bir marşrut xətti avtobusları yeniləyir
26 nömrəli marşrutun avtobusları yenilənir. BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib. Qeyd olunub ki, Binə...